Ru
16:44 / 25 Dekabr 2025

Məşhur aktrisa Moskvanı göz yaşlarına inandırdı – Alentova vida mərasimində dünyasını dəyişdi – VİDEO

Məşhur aktrisa Moskvanı göz yaşlarına inandırdı – Alentova vida mərasimində dünyasını dəyişdi – VİDEO
Eye

Rusiya teatr və kino dünyası ağır itki ilə üzləşib. Rusiya Federasiyasının xalq artisti Vera Alentova 83 yaşında dünyasını dəyişib.

Bakupost.az xəbər verir ki, bu barədə TAСС məlumat yayıb. Vera Alentova bu gün səhər Moskvada Mayakovski adına Teatrda dekabrın 20-də dünyasını dəyişən aktyor Anatoli Lobotski ilə vida mərasiminə qatılmışdı. Alentova mərhum aktyorun tabutunu gördükdən bir neçə dəqiqə sonra özünü pis hiss edib.

Məlumata görə, mərasimdə növbətçilik edən tibb işçiləri Alentovaya dərhal yardım göstərib. Aktrisa təcili yardım vasitəsilə xəstəxanaya aparılıb. Aktrisa ambulansda 22 dəqiqə sonra ürək dayanması keçirib.

Bundan sonra həkimlər onu xəstəxanada ən azı 30 dəqiqə ərzində reanimasiya etməyə, ürək döyüntüsünü bərpa etməyə çalışıblar, lakin cəhdlər nəticə verməyib. Həkimlər Alentovanın ölüm səbəbi kimi tromboz fonunda baş verən kəskin miokard infarktını göstəriblər. Bundan əlavə, aktrisanın qanında şəkərin səviyyəsinin kritik həddə olduğu müəyyən edilib.

Alentova uzun illər Moskva Puşkin Teatrının səhnəsində fəaliyyət göstərib və teatr sənətinə böyük töhfələr verib.

Qeyd edək ki, 83 yaşlı Vera Alentova Sovet və Rusiya kinosunun ən tanınmış simalarından biri olub və milyonlarla tamaşaçının yaddaşında silinməz iz qoyub.

Vera Alentova həm teatr səhnələrində, həm də kino ekranlarında uzunmüddətli və zəngin karyeraya malik olub. O, Sovet və rus kino tarixinin ən tanınmış aktrisalarından biri hesab edilir. Alentova ən çox 1980-ci ildə çəkilmiş “Moskva göz yaşlarına inanmır” filmi ilə tanınıb. Filmin çəkilişi zamanı rejissor Vladimir Menşov əsas obraza aktrisa tapa bilmədiyi üçün öz həyat yoldaşı Vera Alentovanı baş rola çəkib. Filmdə Katerina obrazını canlandıran aktrisa tamaşaçılar tərəfindən böyük rəğbət qazanıb.

Filmin uğuru həm də beynəlxalq səviyyədə tanınıb: 1981-ci ildə “Ən yaxşı xarici dil filmi” nominasiyasında “Oskar” mükafatını qazanaraq SSRİ kino tarixində bu kateqoriyada qalib olmuş yeganə filmlərdən biri olub. Film Sovet cəmiyyətində qadınların peşəkar və şəxsi həyat uğurları uğrunda mübarizəsini realist şəkildə təsvir edir.


Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar