Ru
16:48 / 25 Dekabr 2025

"Görünür, kiminsə ayağını tapdalayıram" - Səidə Bəkirqızı "Space TV"-dən getdi - VİDEO

"Görünür, kiminsə ayağını tapdalayıram" - Səidə Bəkirqızı "Space TV"-dən getdi - VİDEO
Eye

Tanınmış aparıcı Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb.

Bakupost.az xəbər verir ki, bu barədə aparıcı özü bildirib.

O qeyd edib ki, bu səhər yayımlanan verilişdən sonra "Space TV"nin rəhbəri Vado Korovin onu yanına çağıraraq, proqramının 1 yanvar tarixindən etibarən dayandırılacağını bildirib.

S.Bəkirqızının sözlərinə görə, televiziyanın kommersiya-reklam hüquqları “Newmedia”ya verildiyi üçün səhər saatlarında yayımlanan bir sıra proqramlar, o cümlədən onun verilişi efirdən çıxarılacaq.

Aparıcı bildirib ki, artıq "Newmedia" ilə müqavilə imzalanıb və yaxın vaxtlarda bir neçə verilişin bağlanması nəzərdə tutulur. Onların yerinə isə mətbəx yönümlü proqramların açılması planlaşdırılır.

Səidə Bəkirqızı qərarla razılaşmadığını və bunu özünə qarşı hörmətsizlik kimi qiymətləndirdiyini vurğulayıb:

“İndi inandım ki, düz düzdə qalıb. Görünür, kiminsə ayağını tapdalayıram, mənim varlığım onları narahat edir. Mən özümə hörmət etdiyim üçün buradan ayrılıram. Belə başa düşürəm ki, TV-də ciddi aparıcıya ehtiyac yoxdur."


Fəridə,BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar