“Vallah, elə indiki vaxtda da ərə getdiyim kasıb olub. Mənim artıq 50 yaşım olacaq. Ərə getmirəm, ümumiyyətlə, bu barədə düşünmürəm. Bilin ki, mən kasıb oğlana ərə getmişəm”.
Bakupost.az xəbər verir ki, bu sözləri xalq artisti Röya Ayxan “Elgizlə İzlə” verilişində aparıcının “kasıb oğlana ərə gedərdin” sualına cavab verərkən deyib.
“Ola bilər ki, adı var idi, amma evlənəndə bizdən hər şeyi əsirgəmişdilər. Ona görə deyirəm ki, mən kasıb oğlana ərə getmişəm. 10 il də onu sevmişəm, onunla yaşamışam. Kaş ki, müdaxilələr olmayaydı. Müdaxilələr olmasaydı, bu gün çox xoşbəxt idik”, - deyə sənətçi qeyd edib.
Lalə,
BakuPost