Hazırda Ermənistan və Azərbaycan arasında quru sərhədinin açılması üçün əlverişli vaxtdır.
Bakupost.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bunu Ermənistanın İqtisadiyyat naziri Gevork Papoyan bildirib.
Onun sözlərinə görə, Azərbaycanın mallarının Ermənistana Gürcüstan dəmir yolları ilə tranziti ilkin qiymətlərlə nisbətən yüksək və rəqabətqabiliyyətli deyildi, amma müzakirələr hələ davam edir.
“Bir tərəfdə Gürcüstan dəmir yolu şirkəti, digər tərəfdə isə buğda və ya benzin idxal edən şirkətlər var. Təbii ki, onlara danışıqlar aparmaq və ən optimal variantı tapmaq lazımdır”, – deyə nazir bildirib.
Baş nazir Nikol Paşinyan də qeyd edib ki, əgər tranzit tarifləri məsələsi həll olunmasa, sahibkarlıq subyektləri alternativ yollar axtaracaq.
“Mənim fikrimcə, indi çox yaxşı vaxtdır ki, quru sərhədi açıb, dəmir yolu ilə gətirilən yük sərhədə çatdıqdan sonra yük maşınlarına yüklənərək daşınsın. Hesab edirəm ki, həm Ermənistan, həm də Azərbaycan biznesi bu prosesə hazır görünür”.
Cavid, BakuPost