Ru
16:22 / 25 Dekabr 2025

Sadettin Saran azadlığa buraxıldı – 24 saatda ikinci dəfə

Sadettin Saran azadlığa buraxıldı – 24 saatda ikinci dəfə
Eye

Narkotik testi müsbət çıxdıqdan sonra yenidən həbs olunan “Fənərbaxça”nın prezidenti Sadettin Saran məhkəmə qərarı ilə azadlığa buraxılıb.

Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Saran bu səhər prokurorluqda ifadə verdikdən sonra Sülh Cəza məhkəməsində hakim qarşısına çıxıb.

Məhkəmə Sadettin Saran barəsində həftədə iki gün (bazar ertəsi və cümə axşamı) imza vermək şərti və ölkəni tərk etmək qadağası ilə azadlığa çıxıb.

Qərardan sonra “Fənərbağça” rəhbərliyi və bir qrup azarkeş Saranı dəstəkləmək üçün Çağlayan Ədliyyəsinin qarsısına toplaşıb.

“Fənərbaxça” İdarə Heyətinin üzvü Ertan Torunoğulları açıqlamasında Türk ədalət sisteminə güvəndiklərini bildirib. Klubun hüquq işlərinə cavabdeh sözçüsü Əli Gürbüz isə istintaq prosesinin davam etdiyini və prezidentin günahsız olduğuna inandıqlarını vurğulayıb.

Qeyd edək ki, Sadettin Saran narkotik maddə ilə bağlı aparılan araşdırma çərçivəsində əvvəlcə saxlanılmış, daha sonra sərbəst buraxılmışdı. Test nəticəsinin müsbət çıxmasından sonra o, 24 saat əvvəl yenidən nəzarətə götürülmüşdü. Saxlanılmadan sonra Çağlayan Ədliyyəsi ətrafında geniş təhlükəsizlik tədbirləri görülmüşdü.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar