“Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı seçim qarşısında qoyub. Paşinyan Kremlə təklif edib ki, Rusiya Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirən dəmiryollarını bərpa etsin”.
Bakupost.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Paşinyanın Moskvaya müraciət etməsinin səbəbi keçmiş prezident Robert Köçəryanın vaxtilə daxili dəmiryollarını Rusiya Dəmiryolları İdarəsinə satmasıdır:
“Paşinyan da bundan çıxış edərək Rusiyanın balansında olan Ermənistan dəmiryollarının bərpasını Moskvadan xahiş edib. Moskvanın bu xahişə müsbət və ya mənfi cavablarından hər biri Paşinyanın xeyrinə olacaq. Rusiya hökuməti dəmiryollarının bərpasına razılaşarsa, Ermənistan pul xərcləmədən keçmiş SSRİ dövründə mövcud olan dəmiryollarını bərpa etmiş olacaq. Əgər Rusiya hökuməti İrəvana mənfi cavab verərsə və ya məsələnin həllini uzadarsa, Paşinyanın Ermənistan dəmiryollarını Rusiyanın balansından çıxarması üçün əsası olacaq”.
Lalə, BakuPost