Ru
14:53 / 25 Dekabr 2025

3 nəfərin öldüyü avtobus qanunsuz işləyirmiş - AYNA-dan açıqlama

3 nəfərin öldüyü avtobus qanunsuz işləyirmiş - AYNA-dan açıqlama
Eye

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu gün paytaxtın Qaradağ rayonunda avtobusların iştirakı ilə baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

Bakupost.az xəbər verir ki, AYNA sərnişindaşıma fəaliyyəti göstərən avtobusun qanunsuz işlədiyini açıqlayıb:

“Dekabrın 25-də Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Araşdırmalarla müəyyən edilib ki, “İsuzu” markalı avtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı mikroavtobusla toqquşub.

Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcək.

Qəza nəticəsində həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”.

Qeyd edək ki, baş verən qəza nəticəsində avtobusda olan şəxslərdən 3-ü həlak olub, daha 8 nəfər yaralanıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar