ABŞ Prezidenti Donald Tramp deyib ki, Rusiya NATO-nun hava məkanını pozacağı halda, Alyans ölkələri onun təyyarələrini vurmalıdır.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ lideri BMT Baş Assambleyasının 80-ci sessiyasında ukraynalı həmkarı Volodimir Zelenski ilə ikitərəfli görüş zamanı bildirib.
Tramp müvafiq suala: "Bəli, mən belə hesab edirəm", - deyə cavab verib.
Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio bəyan etmişdi ki, NATO-nun Rusiyanın Şimali Atlantika Alyansı ölkələrinin hava məkanını pozması ilə bağlı bəyanatları yenilik deyil.
Xatırladaq ki, NATO Rusiyanın MiQ-31 təyyarəsinin Estoniya hava məkanını pozduğu iddia edilən insidentdən sonra qəti cavab verəcəyini vəd etmişdi.