Ru
11:30 / 24 Sentyabr 2025

Adnan Əhmədzadənin vaxtı bitdi - Həbs qərarı qüvvədə qaldı

Adnan Əhmədzadənin vaxtı bitdi -  Həbs qərarı qüvvədə qaldı
Eye

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə kimi cinayət əməllərində ittiham olunan iş adamı Adnan Əhmədzadə həbs qərarından apellyasiya şikayəti verməyib.

Bakupost.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun bu hüququndan istifadə etmə müddəti artıq bitib.

Qanunvericiliyə əsasən, məhkəmənin həbs qətimkan tədbiri seçilməsi barədə qərarından 3 gün ərzində apellyasiya şikayəti vermək mümkündür. Lakin Adnan Əhmədzadə artıq dörd gündür həbs edilib. Bu müddət ərzində nə özü, nə də vəkili yuxarı instansiya məhkəməsinə müraciət edib.

Onun vəkili Şaiq Mirzəyev də saytımıza açıqlamasında məlumatı təsdiq edib: “Hazırkı mərhələdə apellyasiya şikayəti verməyi zəruri hesab etmədik. İlk 4 ayda aktiv istintaq hərəkətləri aparılır. Bu səbəbdən hələ ki gözləmək qərarına gəldik. Gələcəkdə məsləhətləşmə əsasında, səhhəti və digər amilləri nəzərə alaraq məhkəməyə müraciət edə bilərik”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar