Ru
10:37 / 24 Sentyabr 2025

Qızıldaşdakı bağça zibillyə çevrilib - FOTO

Qızıldaşdakı bağça zibillyə çevrilib - FOTO
Eye

“Bu bina əvvəllər 302 saylı körpələr evi-uşaq bağçası olub, indi isə zibil konteynerinə çevrilib”.

Bakupost.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Qaradağ rayonu Qızıldaş qəsəbəsi “korpus 32”nin bir qrup sakini müraciət edib.

Onlar bildirib ki, sözügedən əraziyə zibillər tökülür və antisanitar vəziyyət yaranır: “Dəfələrlə buranın təmizlənməsi üçün aidiyyəti qurumlara müraciət etmişik. Evlərin yaxınlığında zibil konteynerlərinin qoyulacağı və işlərin aparılacağı deyilib. Ancaq nəticə yoxdur. Sözügedən bina 2006-cı ilədək bağça kimi fəaliyyət göstərib. İndi isə yararsız vəziyyətdədir. İstəyirik ki, təmizlənib bərpa olunsun, ətrafda yaşayan sakinlər də əziyyət çəkməsin. Bu qədər zibili kimin tökdüyünü isə bilmirik”.


Vətəndaşların sözlərinə görə, bundan əlavə binanın uçma təhlükəsi də var: “Ölmüş siçanların qoxusu da bir yandan narazılıq doğurur. Ancaq tək bununla bitmir. Problem hər hansı fəsad yaratmamış qarşısını almaq lazımdır. Həmin binanın divarları kiminsə üstünə aşa bilər. Müvafiq qurumlar təcili şəkildə əraziyə baxış keçirib problemin aradan qalxmasına səy göstərməlidirlər”.


Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza verilən cavab belə oldu: “Sözügedən ərazidə səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 avqust tarixli 1635 nömrəli Sərəncamına əsasən Qızıldaş qəsəbəsində yerləşən 302 saylı körpələr evi-uşaq bağçası özəlləşdirilməyə açıq elan edilib.

Eyni zamanda nəzərinizə çatdırırıq ki, Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı tərəfindən antisanitar vəziyyət aradan qaldırılıb. Ərazinin təmizliyinə isə mütəmadi nəzarət olunur”.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar