Ru
12:17 / 21 Avqust 2025

Ülvi Zülfüqarov generalın yerinə rəis təyin edildi

Ülvi Zülfüqarov generalın yerinə rəis təyin edildi
Eye

Dövlət Gömrük Komitəsində yeni təyinat olub.

Bakupost.az -ın "Unikal"a istinadən məlumatına görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, gömrük xidməti polkovniki Ülvi Zülfüqarov Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi təyin edilib.

Bu təyinatadək Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində çalışıb.

Ü.Zülfüqarov 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2016-cı ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə gömrük xidməti general-mayoru Güloğlan Muradlı olub. G.Muradlı Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2025-ci il tarixli müvafiq Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar