Ru
13:39 / 21 Avqust 2025

"Ermənistan-ABŞ şirkəti ancaq Zəngəzurdan keçən yolu idarə edəcək" - Paşinyan

"Ermənistan-ABŞ şirkəti ancaq Zəngəzurdan keçən yolu idarə edəcək" - Paşinyan
Eye

"Ermənistan-ABŞ şirkəti Zəngəzurdan keçən yola nəzarət etməyəcək, sadəcə, onu idarə edəcək".

Bakupost.az "Armenia Today" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, bu marşrutda biznes idarəetməsi həyata keçiriləcək.

Nazirlər Kabinetinin rəhbəri ABŞ-nin nəzarəti altında olacaq yoldan İran yük maşınlarının keçməsi ehtimalı ilə bağlı məsələyə münasibət bildirib və hazırda Ermənistanın digər ərazilərində Rusiyanın konsessiya əsasında idarə etdiyi dəmir yoluna dair təcrübəni xatırladıb.

O, dəmir yolunun bir çox erməni yaşayış məntəqələrindən keçdiyini və bu şəraitdə nə Gürcüstan, nə də İran maşınlarının oradan keçərkən heç bir problemlə qarşılaşmadığını vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar