Ru
13:04 / 10 Sentyabr 2025

Uşaqlarda ağızla nəfəs almaq fəlakətə səbəb olur – Məşhur həkimdən XƏBƏRDARLIQ

Uşaqlarda ağızla nəfəs almaq fəlakətə səbəb olur – Məşhur həkimdən XƏBƏRDARLIQ
Eye

“Ağızla nəfəs alan uşaqlarda çox qısa müddətdə üz forması dəyişir. Siz elə bilirsiniz ki, ağızla nəfəs almaq sadəcə bir vərdişdir? Yox. Bu, yavaş gedən bir fəlakətdir”.

Bakupost.az xəbər verir ki, bu fikirləri lor, üz-estetik cərrahı dr. Qəhrəman Qəhrəmanov səsləndirib.
“Burun susur, ağız işləyir və üz forması dəyişir. Çənə daralır, dişlər sıxlaşır və üz uzanır. Beyin az oksigen alır, uşağın davranışı dəyişir, aqressivləşir və tam başqa bir uşağa çevrilir. Əgər siz düşünürsünüz ki, bizdə belə olmaz, tamamilə yanılırsınız”,- deyə həkim vurğulayıb.

Q.Qəhrəmanovun sözlərinə görə, burunla pis nəfəs alan uşaqların çoxu artıq bu mərhələyə çatıb:

“Bunu dayandırmaq mümkündür. Uşağın burnu daim açıq olmalıdır. Allergiya, polip, adenoidlər və ya qısa tutulmalar varsa, vaxtında həkimə göstərin. Uşağa gündəlik burun təmizliyi öyrədin. Burunla nəfəs alma vərdişini bərpa edin, çünki yalnız burun nəfəsi həm üzü, həm də gələcək sağlamlığını qoruyur”.

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar