Uşaqların immun sistemini gücləndirən ilk qida ana südüdür. Dünyaya göz açan körpə nə qədər çox ana südü ilə qidalanarsa, bir o qədər də immuniteti yüksək olar. Ana südündən kəsildikdən sonrakı dövrlərdə ən azı 10 yaşına kimi uşağın qidalanması onun həyatında mühüm rol oynayır.
BakiPost.az immunitet.az-a istinadən bildirir ki, sizlərə uşaqlarınınzın immunitetinin yüksək olması üçün lazım olan qidalar barədə məlumatlar vermək istəyirəm:
1. Uşağınızın immun sistemini gücləndirən meyvə və tərəvəzlərdən çox istifadə edin. Ən çox tərkibində D və C vitamini bol olan meyvə və tərəvəzlərdən istifadə edin. Bunlara ispanaq, kələm, portağal, kərəviz, brokkli kələmi, pazı, turp və s. aiddir.
2. Uşaqlarınıza Omeqa-3 yağı ilə zəngin qidalar yedirin. Bu qidalara dəniz məhsulları aiddir. Çalışın uşağınız ən azı həftədə 1 dəfə balıq əti yesin.
3. Uşağınızın oprqanizminin müdafiə gücünü artırmaq istəyirsinizsə, ona A, C, E, D vitaminləri ilə zəngin və təbii qidalarla malik qidalar yedirin.
4. Uşağınızın qidasında narıncı və tünd yaşıl rəngdə olan meyvə-tərəvəzlərə üstünlük verin.
5. Uşağınızın C vitamini ilə qidalanmasına üstünlük verin. C vitamini orqanizm üçün gündəlik tələbat olan vitaminlərdən hesab edilir.
6. Uşağınızın sağlam böyüməsi üçün onun orqanizminin sink vitamininə də ehtiyacı böyükdür. Sink vitamini dəri və saçların sağlamlığı üçün ən vacib olan vitaminlərdən hesab edilir.
Bakı Post
Salam menm qiziminda 6 yasi var cox zeifdi krip oskurek cox olur.omega baliq yagi icirirem bal ve meyve meyve qurulari yedirirem.ama zorla yemek istemir hec cox cetindi bele
Salam menim oglumun 6 yasi var cox zeifdi hem oskurur hem qrip 1 ay di eledi her derman vermisem xeyri yoxdu xahis edirem sizer meslehet gorursuz uminitedi qaldirsin xahis edirem