Ru
00:41 / 03 Yanvar 2023

Üzeyir Hacıbəyovun heykəlinin üzərinə ayaqqabı atıldı

7387
Dahi bəstəkar Üzeyir Hacıbəyovun Bakı şəhəri Nəsimi rayonunda yerləşən heykəlinin üzərinə yad cisim atılması əks olunan görüntülər yayılıb.

Bakupost.az məlumatına görə, görüntülərdən aydın olur ki, hələlik şəxsiyyəti məlum olmayan iki gənc aralarındakı zarafat zamanı biri digərinin ayaqqabısını heykəlin üzərinə atıb.

Məsələ ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı, Nurlan Əliyev sözlərinə görə yayılan görüntülərlə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.APA
Şərhlər
  • Əliəddin

    Azğın, tərbiyənin nə olduğunu anlamayan nadanlardan bundan artığını gözləmək sadəlövhlük olardı. Yaradıcılığı Azərbaycan mədəniyyətinə, musiqisinə bənzərsiz abidə olan bir DƏHANIN üzərinə ayaqqabı fırlatmaq ancaq azğın, quduzlara xas olan nanəciblikdir. İnanmaq istərdim ki,Azərbaycan polisi bu VƏHŞİLƏRİ tapıb layiqli cəzalarını verəcəkdir. Dahi ÜZEYİRBƏYİN parlaq xatirəsi, bənzərsiz daşlaşmış müdrikliyi, gözəlliyi qarşısında baş əyir, belə iyrənc YARATIQLARA AR OLSUN deyirəm.

  • t.ədalət

    Elə dahilər var ki,onlarla bağlı hansısa nadanın,geni qarışıq olanların hərəkətlərini faş etməyə ehtiyac olmur.Üzeyir bəy də elələrindəndir.Kiminsə onun abidəsinə ayaqqabı tullaması heç nəyi dəyişmir.Üzeyir bəy öz böyüklüyünü həmişə qoruyub saxlayacaq!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər