Ru
17:40 / 27 Fevral 2026

Vahid Qədimin yeri məlum oldu

Vahid Qədimin yeri məlum oldu
Eye

Rusiya-Ukrayna müharibəsində itkin düşdüyü iddia olunan meyxanaçı Vahid Qədimdən yeni xəbər var.

Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, meyxanaçı sağdır.

Onun ölməsi və ya Ukrayna tərəfinə əsir düşməsi barədə məlumatlar təsdiqini tapmayıb.

V.Qədim Rusiya ordusunun sıralarında xidmətini davam etdirir. Meyxanaçının hazırda ağır döyüşlərin getdiyi cəbhə bölgəsində deyil, hərbi hissənin qərərgahında olduğu bildirilir.

Qeyd edək ki, tanınmış meyxanaçı Vahid Qədimin Luqansk istiqamətində gedən döyüşlərdə itkin düşdüyü iddia olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar