Ru
18:13 / 11 Sentyabr 2021

Valyutadəyişmə məntəqəsinin işçisini öldürən şəxsə hökm oxundu

2157
Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Dajban Nicat Elçin oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bakupost.az -ın xəbərinə görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, O.Fərəcbəylinin 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət Gəncə Apellyasiya Məhkəməsində araşdırılır.

Qeyd edək ki, hadisə 2019-cu ilin noyabr ayında Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü N.Dajban 1989-cu il təvəllüdlü Əliyev Mirağa İlqar oğlunu küçədə bıçaqlayaraq öldürüb.

Hadisə iki avtomobilin toqquşması nəticəsində yaranan mübahisə zəminində törədilib.

Belə ki, M.Əliyevin idarə etdiyi avtomobillə N.Dajbanın idarə etdiyi minik maşını toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Mübahisə zəminində N.Dajban M.Əliyevi bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan M.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.

D.Nicata qanunsuz silah saxlama və qəsdən adam öldürmə maddələri ilə ittiham verilib.

Xatırladaq ki, M.Əliyev şəhərdə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birində işləyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər