Ru
21:40 / 23 Yanvar 2026

Vəliəhd şahzadə hərbi təlim keçdi

Vəliəhd şahzadə hərbi təlim keçdi
Eye

Niderlandın vəliəhd şahzadəsi Katarina-Amaliya əsas hərbi təlim kursunu bitirib və kapral rütbəsi alıb.

Bakupost.az xəbər verir ki, bu barədə Niderlandın Müdafiə Nazirliyi məlumat yayıb.

Şahzadə Amaliya hərbi xidmətə daxil olan kral ailəsinin ilk qadın üzvüdür. O həmçinin hazırda atası, kral Villem-Aleksandrın taxt-tacına ilk namizəddir.

Hərbi rütbə aldıqdan sonra o, Müdafiə Nazirliyinin inzibati qərargahında təmənnasız işə başlayacaq.

Kral Villem-Aleksandr qızını 2025-ci il sentyabrın 30-da Silahlı Qüvvələrin ehtiyat əsgəri təyin edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar