Ru
09:48 / 22 Noyabr 2025

Velosipedlə Strasburqdan Məkkəyə – 4 aya 7,5 məsafə qət etdi

Velosipedlə Strasburqdan Məkkəyə – 4 aya 7,5 məsafə qət etdi
Eye

Fransanın Strasburq şəhərindən velosipedlə yola çıxan sosial media fenomeni, səyyah Kevin Abaqnale 4 aya 18 ölkəni keçərək çətin səyahətində məqsədlərindən birinə çatıb. Alsaslı gəncin ilk hədəfi Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Məscidül-Nəbini ziyarət etmək olub.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, səyyah Fransanın Alsas bölgəsindən yola çıxaraq velosipedlə Mədinəyə, daha sonra isə Məkkəyə çatmaq məqsədi qoyub. Aylarla davam edən bu böyük marşrut zamanı o, Balkan yarımadası daxil olmaqla Yaxın Şərqə qədər uzanan çoxsaylı ölkələrdən keçib və bütün səyahətini izləyiciləri ilə paylaşıb.

Gənc səyyah 4 aydan çox müddət ərzində 7.500 kilometr yol qət edib. İndi isə onu növbəti hədəfi – Məkkəyə çatmaqdır. Səhranın çətin təbii şəraiti, yüksək temperatur və uzun məsafələr səyahətin növbəti mərhələsini daha da ağırlaşdırsa da, izləyiciləri bu inanılmaz hekayənin davamını həyəcanla izləməkdə davam edir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar