Xaçmazda kişi yaşadığı evdə yanaraq ölüb.
Bakupost.az xəbər verir ki, hadisə dekabrın 23-ü Xaçmaz rayonu, Ortaoba kəndində baş verib.
Belə ki, Pirquliyev Məhəmməd Abdurəhim oğlu yaşadığı fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində ölüb.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.