Xalq artisti Əminə Yusifqızı vəfat edib.
Bakupost.az bildirir ki, bu barədə "Report"a Xalq artistinin yaxınları məlumat verib.
Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda doğulub. 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (1958–1964), Azərbaycan Milli Dram Teatrının (1964–74) aktrisası olub. 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Dublyaj, səsləndirmə sahəsində də fəaliyyətləri mövcuddur. Bədii qiraət ustası kimi tanınır.
Əminə Yusifqızı "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. filmlərdə, televiziya tamaşalarında çəkilib.
2016-cı ildə "Şöhrət" ordeni ilə təltif olunub.