Ru
12:59 / 05 Oktyabr 2019

“Xalq artistinin vəziyyəti ağır stabil olaraq qalır” - Xəstəxanadan açıqlama

“Xalq artistinin vəziyyəti ağır stabil olaraq qalır” -  Xəstəxanadan açıqlama
Eye

Bu gün infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilən Xalq artisti Ofelya Sənaninin vəziyyəti ağır olaraq qalır.

Bu barədə Medicina.az-a xalq artistinin həkimi Südabə Həsənova məlumat verib. Onun sözlərinə görə, vəziyyəti ağır olsa da, həyatı üçün təhlükə yoxdur: “Hazırkı vəziyyəti ağır stabildir. Xəstənin huşu yerindədir və ümid edirik ki, səhhətində irəliləyiş olacaq. İndiki halda həyatı üçün təhlükə yoxdur”.

Xatırladaq ki, xalq artisti Ofelya Sənani ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə bu gün Klniki Tibbi Mərkəzə yerləşdirilib.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar