Ru
12:18 / 25 Fevral 2026

Xanyurdu öz sakinlərini qarşılayır - VİDEO

Xanyurdu öz sakinlərini qarşılayır - VİDEO
Eye

Keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurda qayıdışı davam edir.

Bakupost.az xəbər verir ki, Xocalı rayonunun Xanyurdu kəndi də, bərpa olunduqdan sonra, öz sakinlərini qarşılayır.

Kənddə onların rahat və müasir standartlara uyğun yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, eləcə də Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Xanyurdu sakinlərinin ata-baba yurduna qayıdışını əks etdirən xüsusi videoçarx hazırlanıb.

Doğma ocaqlarına dönən sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Sakinlər, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canından keçən şəhidlərimizə rəhmət, ailələrinə isə səbir diləyiblər.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar