Ru
12:32 / 09 Dekabr 2019

Xırdalanda PARTLAYIŞ - 1 nəfər xəsarət aldı

4269
Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub.

FHN-dən BakuPost-a verilən məlumata görə, ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər