Ru
19:47 / 02 İyul 2025

Xüsusi icra məmurları ilə bağlı qanun müzakirəyə çıxarılır

Xüsusi icra məmurları ilə bağlı qanun müzakirəyə çıxarılır
Eye

Xüsusi icra məmurları haqqında tələblər müəyyənləşir.

Bakupost.az xəbər verir ki, bu məsələ Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Xüsusi icra məmurları haqqında” Qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, xüsusi icra məmuru bu Qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin (bundan sonra İcra sənədləri) icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi (bundan sonra - şəhadətnamə) almış fiziki şəxs hesab olunacaq.

Həmçinin xüsusi icra məmuru məcburi icra orqanı statusuna malikdir, fəaliyyətini peşəkar əsaslarla həyata keçiriləcək.

Bundan başqa, xüsusi icra məmuru dövlət hakimiyyətinin nümayəndəsi hesab edilməyəcək.

İcra məmurunun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmayacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar