Ru
11:07 / 18 Oktyabr 2025

Yamal "Barselona"da aranı qatdı

 Yamal "Barselona"da aranı qatdı
Eye

"Barselona"nın futbolçusu Lamin Yamal PSJ-yə qarşı Çempionlar Liqası oyununda meydana çıxmamalı idi.

Bakupost.az Offsideplus.az-a istinadən xəbər verir ki, ispan hücumçu məşqə gec gəlib.

Lakin "Barselona" rəhbərliyi baş məşqçi Hansi Flikə Lamini start heyətdə meydana buraxmağı tapşırıb.

Hansi Flik bu qərardan məyus olub və yuxarıdan, xüsusilə də Dekodan gələn təzyiqdən narahatdır. Belə ki, Flik düşünür ki, bu, Rafinya və Markus Reşfordu eyni səbəbdən ehtiyat skamyasına göndərdiyi bu vaxtda komandadakı nizamı poza bilər.

Baş verən hadisələrdən sonra alman mütəxəssis rəhbərliyə onun idarəetməsinə tam şəkildə hörmət etməyi bildirib.

Qeyd edək ki, "Barselona" PSJ-yə 1:2 hesabı ilə uduzub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar