Ru
20:57 / 31 May 2017

Yanacaq çənindən 15 telefon tapıldı

Yanacaq çənindən 15 telefon tapıldı
Eye

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz C230" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.



Dövlət Gömrük Komitəsindən BakuPost.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin yanacaq çəninin içində xüsusi düzəldilən saxlanc yerindən 15 ədəd "Samsung J1 Prime" markalı mobil telefonlar, mobil telefonlar üçün nəzərdə tutulan 13 ədəd qidalandırıcı başlıq, 25 ədəd qulaqcıq, 42 ədəd qutu aşkar edilib.

 

BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar