Ru
08:38 / 24 Noyabr 2025

“Yanğın zamanı bağlı olan qapı təxliyə üçün olmayıb” - Rəsmi

“Yanğın zamanı bağlı olan qapı təxliyə üçün olmayıb” - Rəsmi
Eye

Noyabrın 21-də Yasamalda baş verən güclü yanğın zamanı təxliyə qapısının bağlı olması haqda iddialar yayılıb.

Bakupost.az xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev sözügedən məsələ ilə bağlı “Real TV”yə açıqlama verib:

“Həmin qapı müvafiq texniki sənədlərdə qeyri-yaşayış sahəsinə aid təsbit olunub. Qanunla da qeyri-yaşayış sahələri yaşayış sahələrindən təcrid olunmalıdır. Yəni, həmin qapı təxliyə qapısı hesab olunmur. Qapının bağlı olması da tikinti normalarının tələbini formalaşdırır”.

Xidmət rəsmisi baş vermiş faciə ilə bağlı irəli sürülən digər iddiaya, quraşdırılmış elektrik şarj aparatları ilə bağlı məsələyə də aydınlıq gətirib.

Onun sözlərinə görə, FHN bu avadanlıqların quraşdırılmasında rəy və icazə verən orqan deyil.
" target="_blank">

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar