Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanır.
Bunu
Bakupost.az -a Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
Onun sözlərinə görə, lüğət yeni təsdiq edilmiş “Azərbaycan dilinin oerfoepiya normaları” əsasında tərtib edilir.
M.Nağısoylu qeyd edib ki, lüğətə dilimizdəki bütün sözlər deyil, yalnız deyilişi və yazılışı fərqlənən sözlər daxil ediləcək: “Əgər alim sözü eyni deyilib, eyni cür də yazırlırsa, onun lüğətə daxil edilməsinin əhəmiyyəti yoxdur. Amma elə sözlər var ki, onların yazılışı və deyilişi bir-birindən fərqlənir. Yeni orfoepiya normalarında da bu sözlərin bəzilərinin tələffüz forması dəyişdirilib. Məsələn, biz əvvəl müəllim yazırdıq, amma onun deyiliş forması kimi “məlim”i qəbul etmişdik. İndi isə bu sözün deyiliş forması “müəlim” olacaq. Teatr sözünü “tiyatr” kimi tələffüz edirdik. Ancaq indi teatr elə teatr kimi də deyiləcək. Müavin “mavin” kimi deyil, elə müavin kimi tələffüz ediləcəyi üçün lüğətə də bu formada daxil ediləcək”.
Uğur QISMƏTLİ
Besdirinda gündə 1cür qerar verirsiz
Çox gözəl
çox
Tanışlıq