Ru
16:35 / 31 İyul 2025

Yekaterinburqda həbs olunan azərbaycanlılarla bağlı YENİ QƏRAR

Yekaterinburqda həbs olunan azərbaycanlılarla bağlı YENİ QƏRAR
Eye

Rusiyada məhkəmə azərbaycanlıların həbsdə qalması barədə qərar verib.

Bakupost.az xəbər verir ki, Sverdlovsk vilayət məhkəməsi, iyunun 27-də Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Əhliman Gənciyev və Bəkir Səfərovun həbsdə qalması barədə qərarı qüvvədə saxlayıb.

Bundan əvvəl Yekaterinburqun Verx-İsetski rayon məhkəməsi təqsirləndirilən şəxslərin 19 oktyabra qədər həbsdə qalması barədə qərar çıxarmışdı. Həmyerlilərimzin vəkilləri bu qərardan apellyasiya şikayəti vermişdi.

Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Yekaterinburqda azərbaycanlıların evlərində reydlər keçirib. Əməliyyat zamanı iki azərbaycanlı vəhşicəsinə öldürülüb, bir neçə nəfər isə yaralanıb.

Aysel,
Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar