Ru
21:58 / 01 İyul 2025

Yekaterinburqda Şahin Şıxlınski və oğlunun saxlanılmasının - TƏFƏRRÜATI/VİDEO

Yekaterinburqda Şahin Şıxlınski və oğlunun saxlanılmasının -  TƏFƏRRÜATI/VİDEO
Eye

Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mütvali Şıxlinskinin saxlanmasının bəzi təfərrüatı məlum olub.

Bakupost.az xəbər verir ki, Şahin Şıxlinskinin saxlanılması OMON-çuların hücumu zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının qohumu Akif Səfərovun cinayət işi ilə əlaqədardır.

Belə ki, Akif Səfərov Şahin Şıxlinskinin müavini olub. Məlum hadisədən sonra Şahin Şıxlinski məsələ ilə bağlı aidiyyəti qurumlarla danışıqlara başlayıb və həbs olunan şəxslərin azadlığa buraxılması ilə bağlı ciddi səylər göstərib. Şahin Şıxlinskinin oğlu isə təqsirləndirilən şəxslərin müdafiəsinə qalxıb. O, təqsirləndirilən şəxs Məzahir Səfərovun vəkili olub.

Hadisədən sonra isə Şahin Şıxlinskinin və oğlunun saxlanılmasına qərar verilib.

***

20:37

Azərbaycan diasporasının Uraldakı lideri Şahin Şıxlınski Yekaterinburqdakı Baku Plaza ticarət mərkəzində polis tərəfindən qaçırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Aygün,

BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar