Ru
16:03 / 19 Noyabr 2019

Yeni çəkilən yolda çatlar yarandı

Yeni çəkilən yolda çatlar yarandı
Eye

Bu gün yenidən qurulması aparılan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun, təqribən, 108-ci km-də asfalt-beton örtükdə eninə çat əmələ gəlib.

Bu barədə BakuPost-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) bildirilib.


Məlumata görə, həmin çatın yaranma səbəbləri mütəxəsislər tərəfindən araşdırılıb.

Qeyd edək ki, sözügedən ərazidə 15-16 metr hündürlükdə tökmə qrunt var və həmin qruntun təbii yatması nəticəsində asfalt-beton örtükdə çat əmələ gəlib. Ərazidə heç bir sürüşmə qeydə alınmayıb.

Bu tip tikinti prosesində belə təbii yatmanın baş verməsi normal hesab olunur və bunun yolun konstruksiyasına heç bir təsiri yoxdur.

Yolun tikintisini həyata keçirən podratçı şirkət tərəfindən sözügedən ərazi qısa müddət ərzində bərpa ediləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar