Ru
21:22 / 14 İyul 2017

"“Yeni Müsavat” qəzeti üzərində icra olunmamış məhkəmə hökmü mövcud deyil"

"“Yeni Müsavat” qəzeti üzərində icra olunmamış məhkəmə hökmü mövcud deyil"
Eye

"AzPolitika.info” saytının qurucusu və baş redaktoru, Elnur Məhərrəmli Bakupost.az saytına müsahibə verib.



Həmin müsahibədə o, jurnalistlərə ev verilməsi ilə bağlı şərtlərdən danışarkən qəzetimizin adını çəkib.



Elnur Məhərrəmli Azərbaycan mediasında barəsində ən çox məhkəmə qərarı olan KİV-lərdən birinin "Yeni Müsavat” qəzeti olduğunu iddia edib.



O, qəzetimizlə bağlı indi də icra olunmamış xeyli sayda məhkəmə hökmü olduğunu söyləyib.



"Yeni Müsavat” qəzetinin hüquq departamentindən musavat.com -a verilən məlumata görə, qəzetlə bağlı icra olunmamış hər hansı məhkəmə qərarı mövcud deyildir. Qəzetimiz 3 ildir ki, məhkəmə proseslərinə cəlb edilmir. Bununla əlaqədar redaksiyanın hər hansı bir qurum və ya fiziki şəxs qarşısında maliyyə öhdəliyi mövcud deyildir.

 

BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar