Ru
09:27 / 14 May 2026

Bioloji yaşı ləngidən üsul tapıldı

Bioloji yaşı ləngidən üsul tapıldı
Eye

Qida rasionunda edilən qısamüddətli dəyişikliklərin yaşlı şəxslərin bioloji yaşına müsbət təsir etdiyi məlum olub.


Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, bu qənaətə Sidney Universitetinin tədqiqatçıları gəliblər. Araşdırmanın nəticələri "Aging Cell" elmi nəşrində dərc olunub.

Tədqiqata 65-75 yaş aralığında olan 104 nəfər cəlb edilib. Könüllü iştirakçılara tərkibindəki yağ, karbohidrat və heyvan mənşəli zülalın miqdarına görə bir-birindən fərqlənən müxtəlif pəhriz proqramları tətbiq olunub. Təcrübə müddəti ümumilikdə dörd həftə davam edib.

Baş verən dəyişiklikləri ölçmək məqsədilə mütəxəssislər xolesterol, insulin və C-reaktiv zülal səviyyələri başda olmaqla, 20-dən çox biomarkerdən istifadə ediblər. Əldə edilən göstəricilər əsasında alimlər orqanizmin ümumi vəziyyətini və qocalma tempini əks etdirən bioloji yaşı müəyyən ediblər. Nəticələr göstərib ki, düzgün balanslaşdırılmış qidalanma hətta qısa müddətdə orqanizmin "saatını" geri çəkməyə qadirdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar