Ru
16:34 / 14 Oktyabr 2021

Yoluxanların sayı yenə artdı - STATİSTİKA

Yoluxanların sayı yenə artdı -  STATİSTİKA
Eye

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1448 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 496 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 476 229 nəfər müalicə olunaraq sağalıb, 6 720 nəfər vəfat edib, aktiv xəstə sayı 13 831 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 092, ötən müddət ərzində isə ümumilikdə 4 489 627 test aparılıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar