Ru
01:13 / 21 Aprel 2019

"Yuventus" çempion oldu

2897
İtaliya A
seriyasında XXXIII tura start verilib.

 

BakuPost.az-ın məlumatına görə, turun
ilk oyun günü "Yuventus"un çempionluğu ilə əlamətdar olub.

"Fiorentina"nı
qəbul edən turinlilər 2:1 hesabı ilə qələbə qazanaraq, özləri üçün birinci yeri
təmin ediblər. A seriyasının başa çatmasına 5 tur qalmış xalının sayını 87-yə
çatdıran "Yuventus" ən yaxın izləyicisi "Napoli"ni 20 xal
qabaqlamaqla, onlar üçün əlçatmaz olublar. Bu, Turin təmsilçisinin ardıcıl
8-ci, ümumilikdə 35-ci çempionluğu kimi tarixə düşüb.

 

 
"Napoli"
isə 33-cü görüşünə aprelin 22-də çıxacaq ki, qalib gələcəyi halda ikinci
pillədəki mövqeyini möhkəmlədəcək. Tur həmçinin A
seriyası ilə vidalaşan "Kyevo"nun 2-ci qələbəsi ilə də yadda qalıb.
Onlar "Latsio"nu səfərdə məğlub ediblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər