Ru
15:18 / 30 Noyabr 2021

Zakir Qaralovun qardaşı oğluna vəzifə verildi - FOTO

85734
Kliniki Tibbi Mərkəzdə yeni kadr təyinatı olub.

Mərkzədən Bakupost.az -a verilən məlumata görə, tibb üzrə fəlsəfə doktoru, uzman-neyrocərrah Fərid Qaralov tibb müəssisəsinin Neyrocərrahiyyə şöbəsinin müdiri təyin olunub.

Qaralov Fərid Əziz oğlu 1982-ci il martın 12-də Bakı şəhərində anadan olub. 1989-1999-cu illərdə orta təhsilini Bakı şəhəri, Suraxanı rayonu 275 saylı orta məktəbdə alıb. 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) “Müalicə işi” fakültəsində təhsil alıb. 2006-2012-ci illərdə təhsilini Türkiyənin EGE Universitetində Neyrocərrahiyyə ixtisası üzrə davam etdirib. 2012-ci ildən etibarən ATU-nun Neyrocərrahiyyə kafedrasının assistenti, daha sonra ATU Tədris Cərrahiyyə Klinikasında Neyrocərrahiyyə şöbəsinin müdiri, uzman-neyrocərrah kimi fəaliyyət göstərib.

F.Qaralov bir çox beynəlxalq, yerli neyrocərrahi konfrans və kurslarda iştirak edib.


Qeyd edək ki, F. Qaralov sabiq Baş Prokuror Zakir Qaralovun qardaşı oğludur.


Şərhlər
  • Əhmədov Səbuhi

    Mənim lap yaxınımı əməliyyat etdi , əməliyyat uğurlu oldu savadlı həkimdir

  • Akif Qaralov

    Birincisi elə bir şey yoxdur yalandır.Düzdür bir nəsildəndir lakin belə səhv məlumatlar vermək olmaz.Bizdə bir nəsildənik bizdən yaxşı bilməzlər sadəcə ağızlarına gələni yazırlar

  • Araz İsayev

    Deyirəm, ay yazarlar, nə abırsız adamlarsınız. Ağzınıza nə gəlir, onu da yazırsınız. Fərid Qaralov hardan Zakir Qaralovun qardaşı oğlu olur? Zakir Qaralov Bəkir müəllimin oğludur. Fərid Qaralovun atası Əziz Qaralov Məmiş kişinin oğludur. Bir nəsildən ola bilərlər. Söz yox. Ancaq, Fərid Qaralov, Zakir Qaralovun qardaşı oğlu deyil.

  • Həmid Ormanlı

    Fərid Qaralov Azərbaycan səhiyyəsinin üzünün ağ yeridir.Son dərəcə alicənab və savadlı bir həkimdir.Onun haqqında onu tanıyıb azca vicdanı olan adam ancaq ağız dolusu xoş sözlər söyləyə bilər.Uğurları bol olsun.Bundan da yüksək vəzififələrdə xalqın qulluğunda durmaq halal haqqıdır.

  • Elməddin Rəhimov

    Maşallah ..uğurları bol olsun.çox savadlı və alicənab həkimdi..

  • Vidadi Səlimov

    Qaralovun faıiyyəti niyə araşdırılmır?Axı onun kifayət qədər qanuna qarşı saymamazlıq hallarının məqsədi açılmır.

  • Səməd Rəhimov

    Gərəsən Tibb işçiləri verilən Fəlsəfə doktoru sözünü,fəlsəfənin nə olduğunu anlayırlarmı?Axı fəlsəfə humanitar elm olub,öz bölmələri,məzmunu lə bau başqa elmdir.Bunu tibbə və difər elmlərə qoşmaq tam yanlış deyilmi?Niy bu yanlışlıq düzəldilmir.Axə fəlsəfəni digər əlaqəsi olmayan elmlərə qoşmaq mənasız deyilmi?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər