Ru
23:51 / 21 İyul 2026

Zelenski daha bir naziri vəzifəsindən uzaqlaşdırdı - Ukraynada nə baş verir?

Zelenski daha bir naziri vəzifəsindən uzaqlaşdırdı -  Ukraynada nə baş verir?
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş komandanı Oleksandr Sırskinin vəzifəsindən azad edilməsi barədə rəsmi qərar qəbul edib.


"Bakupost" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.


Məlumata görə, dövlət başçısı axşam saatlarında etdiyi müraciətdə bu kadr dəyişikliyini rəsmən təsdiqləyib.


Sırskinin yerinə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı, general-mayor Mixaylo Drapatyi təyin edilib.

Bu addım Ukrayna rəhbərliyində yaranmış dərin hərbi-siyasi böhran və bir neçə gün davam edən kütləvi etiraz aksiyalarından sonra atılıb.

Qeyd edək ki, keçmiş Müdafiə naziri Mixaylo Fedorovun Sırski ilə yaşadığı münaqişə fonunda vəzifəsindən uzaqlaşdırılması Ukrayna cəmiyyətində, hərbçilər və könüllülər arasında ciddi narazılığa səbəb olmuşdu. Etirazçılar texnoloji islahatların tərəfdarı olan Fedorovun qaytarılmasını və Sırskinin işdən çıxarılmasını tələb edirdilər.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar