Ru
21:23 / 13 Fevral 2026

Zelenski Rza Pəhləvi ilə görüşdü

Zelenski Rza Pəhləvi ilə görüşdü
Eye

Ukrayna Prezidenti Vladimir Zelenski 62-ci Təhlükəsizlik Konfransının keçirildiyi Münhendə sonuncu İran şahının böyük oğlu Rza Pəhləvi ilə görüşüb.

Bakupost.az xəbər verir ki, bu barədə V.Zelenski öz Teleqram kanalında paylaşım edib.

"Ukrayna öz gələcəyi uğrunda mübarizədə İran xalqını dəstəkləyir və İran rejiminin bütün qurbanlarına başsağlığı verir", - o yazıb və əlavə edib ki, İrana qarşı sanksiyaların gücləndirilməsini vacib hesab edir.

"Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi üçün İran şahzadəsinə təşəkkür edirəm. İnsan həyatını qorumaq üçün maksimum səylər göstərmək vacibdir. Ukrayna öz tərəfindən kömək etməyə hazırdır", - Zelenski qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar