Ru
21:32 / 13 Fevral 2026

Britaniya hipersəsli raketlərin hazırlanması üçün yarım milyard dollar ayırdı

Britaniya hipersəsli raketlərin hazırlanması üçün yarım milyard dollar ayırdı
Eye

2026-cı ildə Böyük Britaniya hökuməti Avropadakı müttəfiqləri ilə sıx əməkdaşlıq şəraitində yüksək əqiqlikli silah növlərinin yaradılmasına 400 milyon funt sterlinq (təxminən 545 milyon dollar - red.) sərmayə qoymaq niyyətindədir.

Bakupost.az xəbər verir ki, bu məlumat Britaniya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında əksini tapıb.

Sənəddə vurğulanır ki, London "Storm Shadow" raketlərini əvəzləyəcək növbəti nəsil silahların hazırlanması prosesinə rəhbərlik edərək, Fransa və İtaliya ilə birlikdə "Stratus" raket layihəsini fəal şəkildə inkişaf etdirir. Perspektivli döyüş sursatları düşmənin strateji əhəmiyyətli obyektlərini, o cümlədən dəniz gəmilərini və hava hücumundan müdafiə komplekslərini məhv etməyə yönəldiləcək.

Bundan əlavə, nazirliyin məlumatına görə, Britaniya tərəfi Almaniya ilə tərəfdaşlıq çərçivəsində uzaqmənzilli silah istehsalı proqramı üzərində işləyir.

"Deep Precision Strike" adlanacaq sistemin 2 000 km-dən artıq uçuş məsafəsinə malik olacağı və qoşunların ixtiyarına qəbulu isə 2030-cu illərdə proqnozlaşdırılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar