Ru
10:29 / 18 Fevral 2026

Zelenski Trampdan şikayətləndi

Zelenski Trampdan şikayətləndi
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın Kiyev və Moskva arasında dörd ilə yaxın davam edən müharibəni başa çatdırmaq üçün ona həddindən artıq təzyiq göstərməsindən şikayətlənib.

Bakupost.az xəbər verir ki, Zelenski bu barədə “Axios” nəşrinə müsahibəsində bildirib.


O, Trampın Ukraynanı açıq şəkildə güzəştə getməyə çağırmasını, lakin analoji tələblərin Rusiyaya qarşı səsləndirilməməsini ədalətsizlik hesab etdiyini bildirib.


“Ümid edirəm ki, bu onun qərarı deyil, sadəcə taktikasıdır”, - Zelenski deyib.

Eyni zamanda Ukrayna lideri danışıqlarda Vaşinqtonu təmsil edən ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Ağ Evin yüksəksəviyyəli müşaviri Cared Kuşner ilə şəxsi əlaqələrinin qarşılıqlı hörmətə əsaslandığını və ona heç bir təzyiq edilmədiyini qeyd edib: “Biz bir-birimizə hörmət edirik”.


Bununla belə, Ukrayna lideri təzyiq qarşısında asanlıqla təslim olan insan olmadığını diqqətə çatdırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar