Ru
16:23 / 18 Avqust 2025

Zelenskinin geyimi yenə gündəmdə - Ağ Ev üçün siyasi mesaj

Zelenskinin geyimi yenə gündəmdə  - Ağ Ev üçün siyasi mesaj
Eye

Ağ Ev Ukrayna rəsmilərindən prezident Volodimr Zelenskinin Oval kabinetdə prezident Trampla görüşündə kostyum geyinib-geyinməyəcəyini soruşub.

Bakupost.az xəbər verir ki, bunu “Axios” nəşri öz mənbələrinə istinadən yazıb.

“Əgər Zelenski bu gün kostyum və qalstukda görünsəydi, bu, sülh nişanəsi olardı. Amma biz onun belə geyinəcəyini gözləmirik”, — Trampın müşaviri nəşrə bildirib.

Ukrayna prezidentinin bu gün Ağ Evə, iyun ayında Niderlandda keçirilən NATO sammitində geyindiyi qara gödəkçə ilə gələcəyi gözlənilir.


Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar