Ru
16:13 / 18 Avqust 2025

ABŞ-də gərgin görüş - “Zelenski Trampın təkliflərini rədd edəcək” - Zərdüşt Əlizadə

ABŞ-də gərgin görüş - “Zelenski Trampın təkliflərini rədd edəcək” - Zərdüşt Əlizadə
Eye

“Dünya mətbuatı yazır ki, Zelenski Putinin bəzi qanunsuz tələblərinə razılıq verdiyini bildirib. Amma o da qeyd edilib ki, gərək bu qərarı Ukrayna da təsdiq etsin. Buna görə Zelenski Ağ Evə dəvət olunub”.

Bu fikirləri Bakupost.az -a siyasi ekspert Zərdüşt Əlizadə, bu gün Vaşinqtonda Ukrayna və ABŞ liderlərinin gözlənilən görüşünü şərh edərkən səsləndirib.

“Görüşdə Tramp Amerikanın təslimçi mövqeyini Ukraynaya qəbul etdirməyə çalışacaq. Zelenski isə Ukrayna xalqının iradəsinə, əzminə və Konstitusiyasına söykənərək bu təklifi rədd edəcək. Onun bu qəti mövqeyini Avropa dövlətlərinin başçıları da dəstəkləyəcək”, – deyə Z. Əlizadə vurğulayıb.

Siyasi şərhçi onu da qeyd edib ki, görüşdə ortaq mövqeyə nail olunması mümkündür, amma bu ehtimal çox azdır.

Lalə Novruz,
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar