Ru
13:36 / 23 Fevral 2020

Türkiyədə zəlzələ zamanı ölən və xəsarət alanların sayı artır - YENİLƏNİB - FOTOLAR

2382
İranla sərhəddə baş vermiş zəlzələ zamanı Türkiyədə ölənlərin sayı 8 nəfərə çatıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.


O, qeyd edib ki, zəlzələ zamanı 21 nəfər xəsarət alıb. Nazir yaralılardan 8-nin vəziyyətinin ağır olduğunu qeyd edib.

Təbii hadisə həmçinin dağıntılara səbəb olub, yaşayış evləri zərər çəkib.

***
Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ Türkiyədə dağıntı və tələfata yol açıb.

BakuPost.az xəbər verir ki, Türkiyənin Van rayonunda dağıntılar altında qalan 7 nəfər ölüb, 5 nəfər yaralanıb.


Dağıntılar altında qalanlar var.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08.53 radələrində İranın Xoy şəhərində 5.9 maqnitudalı zəlzələ olub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər