“Zəngəzur dəhlizinə Azərbaycan və Türkiyə nəzarət edəcək”.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bunu müxalif “Ana Ermənistan” blokunun rəhbəri Andranik Tevanyan deyib.
“Nikol Paşinyan açıq şəkildə eyham vurur ki, Sünik (Zəngəzur) dəhlizinə ruslar deyil, amerikalılar nəzarət edəcək. Əslində, Zəngəzur dəhlizinə Türkiyə və Azərbaycan nəzarət edəcək. Nəzarət əvvəlcə 30-70 faiz nisbətində (Ermənistanın payı otuz faizdir) olacaq, sonra 100 faizlik nəzarət onlara veriləcək. Nikol Paşinyan “Sülh qovşağı” yox, Turan dəhlizi qurur”, - siyasətçi bildirib.