Ru
13:57 / 22 Avqust 2025

"Zəngəzur dəhlizinin açılması böyük töhfə verəcək" - Kamran Əliyev

 "Zəngəzur dəhlizinin açılması böyük töhfə verəcək" - Kamran Əliyev
Eye

Yeni reallıqlar fonunda strateji əhəmiyyət daşıyan məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır.

Bakupost.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Laçında keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməklə yanaşı, bütövlükdə regionun nəqliyyat xəritəsini dəyişəcək, iqtisadi və siyasi inteqrasiyaya böyük töhfə verəcək:

"Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizi təkcə Azərbaycanın milli maraqlarını təmin etmir, eyni zamanda beynəlxalq əməkdaşlıq, ticari əlaqələr və qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Onun açılması suverenliyimizin praktiki gücünün, Azərbaycanın regiondakı lider mövqeyinin daha bir göstəricisi olacaq".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar