Yayın ən isti günlərində müğənni Emy Lia və bəstəkar, müğənni Tofiq Hacıyev “Eres Para Mi (Sən Mənimsən)” mahnısını və klipini təqdim ediblər. Mahnıda ispan və azərbaycan dillərinin qarışığı hər kəs üçün anlaşılan bir sevgi hissi yaradır.
Bakupost.az xəbər verir ki, mahnının musiqisini Tofiq Hacıyev bəstələyib, sözlərini isə Səttar Temuçin yazıb. Müasir səs tonu Emil Əliyev (D1scomast3r) və djOleph-in iştirakı ilə yaradılıb, canlı və ritmik hissləri isə Taleh Qəhrəmanovun (Talo) gitarası əlavə edib.