Ru
11:55 / 12 İyul 2019

Özünü türk iş adamı kimi qələmə verən dələduz saxlanıldı

1996
Bakıda özünü türk iş adamı kimi qələmə verərək dələduzluq yolu ilə insanları aldadan və zərərçəkənlərin qiymətli əşyalarını ələ keçirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakupost-a verilən məlumata görə, bu barədə Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə müraciət edən zərərçəkən bir müddət əvvəl özünü Hakan kimi təqdim edən şəxslə tanış olduğunu və həmin şəxsin onun mobil telefonunu oğurladığını bildirib.


Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı qeyd dilən cinayəti törətməkdə şübhəli bilinən Salyan rayon sakini Məmmədəli Əhmədov saxlanılıb. O, ifadəsində özünü türk iş adamı kini təqdim etdiyini və zərərçəkənlə guya fermasını almaq adı ilə görüşdüyünü bu zaman onun mobil telefonunu oğurladığını etiraf edib.


Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Polis əməkdaşları M.Əhmədovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci PŞ-nə müraciət edə bilərlər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər