Ru
18:46 / 20 Sentyabr 2025

1 il 7 aydır sərhəddə əsgər ölməyib, bu, sülhdür - Paşinyan

1 il 7 aydır sərhəddə əsgər ölməyib, bu, sülhdür - Paşinyan
Eye

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla əldə olunan sülhü yüksək qiymətləndirib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, o bu barədə hakim “Vətəndaş Müqaviləsi” partiyasının qurultayındakı çıxışı zamanı danışıb.

“Sülh avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və dəstəyi, mənim və Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi Bəyannamə ilə bərqərar oldu.

Bir il yeddi aydır ki, Ermənistan-Azərbaycan sərhədində atışma nəticəsində bir nəfər də əsgər ölməyib və yaralanmayıb. Sülh budur və bizim məqsədimiz odur ki, bu bir il yeddi ay iki, üç, beş, 50, 100 ilə çevrilsin və Ermənistanın bütün sərhədlərinə toxunsun”, - deyə Paşinyan qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar