Ru
09:43 / 16 Oktyabr 2025

10 minədək taksinin icazəsi ləğv ediləcək? - Video

10 minədək taksinin icazəsi ləğv ediləcək? - Video
Eye

Paytaxtda avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə yeni islahatlar həyata keçirilir. Belə ki, artıq Bakı şəhərində rəsmi icazə ilə fəaliyyət göstərəcək taksilərin sayı maksimum 25 min müəyyən edilib.

Bakupost.az xəbər verir ki, hazırda Bakıda icazəli fəaliyyət göstərən taksi minik avtomobillərinin sayı 34 mindən çoxdur.

Belə olan halda sual yaranır: İndiyədək verilmiş icazələr ləğv ediləcəkmi?

AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, kvotanın tətbiqi verilmiş icazələrin kvotadan artıq hissəsinin ləğvini nəzərdə tutmur.

“Hazırda icazə almış bütün daşıyıcılar onlara məxsus nəqliyyat vasitələri ilə daşımaları həyata keçirməyə davam edəcəklər. Kvotaya uyğunlaşma isə “Lisenziyalar və icazələr haqqında” Qanunun müəyyən etdiyi tələblərə uyğun həyata keçiriləcək. Yeni icazələrin verilməsi növbəlilik əsasında təmin olunacaq”, - T.Orucov əlavə edib.

Daha ətraflı AZTV-nin videomaterialında:




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar